Burada məhbuslara əsl soyqırım yaşadılır, alçaldılır, təhqir edilir"
Son illərdə Penitensiar Xidmət sahəsində aparılan islahatlar nəticəsində bir çox neqativ amillər aradan qaldırılıb. Təəssüflər olsun ki, müxtəlif cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə KİV-lərdə məlumatlara rast gəlinir. Bütün bunlar isə bir daha sübut edir ki, bu sahədə hələ də görülməli işlər çoxdur.
Aktual.az saytının əldə etdiyi məlumata görə, 13 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslara əsl fəlakətli "insanlıq dramı" yaşadırlar. Şikayətçi məlumatında müəssisədə baş verən qanunsuzluqlar barədə söhbət açılır,məhbusların ağır həyat şəraitindən şikayətlənilir. Şikayətçi CÇM-nin rəisi Çingiz Yunusovun məhbuslara qarşı sərt cəza tədbirlərindən istifadə etdiyini, işgəncələr verdiyini bildirir.
"Yeni təyin olunmuş rəis Çingiz Yunusov müəssisəyə sanki düşmən kimi gəlib. Məhbuslardan addımbaşı pul tələb olunur. Ən adi ehtiyaclarını ödəmək üçün məhbuslardan pul alırlar. Telefonla danışmaq üçün 15 dəqiqəyə 3 manat pul alırlar."
Şikayətçinin sözlərinə görə məhbuslara ən kiçik səhvinə görə sərt cəzalar tətbiq edilir,şəxsiyyətləri alçaldılır: "Məhkumlara işgəncələr verilir, döyülür. Döydükdən sonra isə Ç.T.X-da çarpayıda bir-birinin üstünə bağlayır, təbii ehtiyaclarını üzərlərinə etmələri tələb edilir. Məhbuslardan siqaret tələb edənləri asaraq döyürlər. Burada məhbuslara əsl soyqırım yaşadılır, alçaldılır, təhqir edilir.”
Şikayət məktubunda həmçinin müəssisənin əməliyyat şöbəsinin kapitanı Şahin adlı şəxsin əməllərindən də söz açılır. "Şahin müəssisədə meydan sulayıb at oynadır. O,məndən öz çarpayımda yatmaq üçün 200 manat pul istədi,mən isə pulumun olmadığını bildirdim. Əvvəlllər yataqxananın təmiri üçün 450 manat vediyimi söylədim, indi isə imkanımın olmadığını dedim. Ancaq Şahin bunlara məhəl qoymadı. Şikayət edəcəyimi deyəndə isə "get kimə istəyirsənsə de,buranın sahibi bizik” deyərək mənə hədə-qorxu gəldi.”
Məhbusun qan donduran sözləri 13 saylı cəzaçəkmə müəssisəsində hökm sürən acınacaqlı durumu göz önündə canlandırır. Yəqin ki, əlaqədar qurumlar deyilənlərə biganə qalmayacaq, vəziyyətə tezliklə müdaxilə edəcəklər.
Xəbər 7558 dəfə oxunub.