13 rayonda qaz təchizatı məhdudlaşdırıldı

13 rayonda qaz təchizatı məhdudlaşdırıldı

“Azəriqaz” məlumat yayıb.

Bakı şəhəri  Sabunçu, Xəzər, Xətai, Nizami, həmçinin Şəki, Gədəbəy, Xudat, Ağcabədi, Sabirabad, Hacıqabul, İmişli, Neftçala və Saatlı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi, qaz xətləri üzərində quraşdırılmış siyirtmələrin araqatlarının yenilənməsi, diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yeraltı keçid sahələrində korroziyaya uğramış hissələrin yenisi ilə əvəzlənməsi, çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi  və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 24-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu, Xəzər, Xətai, Nizami, eləcə də Şəki, Gədəbəy, Xudat, Ağcabədi, Sabirabad, Hacıqabul, İmişli, Neftçala və Saatlı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR