Hacıqabul-Astara qaz kəmərindən qidalanan Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarının və Lənkəran şəhərinin qaz təchizatı bu gün günorta saatlarından dayandırılıb.
Aktual.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Azərbaycanın 13 rayonunun qaz təchizatının dayandırılmasına Hacıqabul-Astara magistral qaz xəttindəki sızmalar səbəb olub.
“Azəriqaz” İB-dəki mənbələrdən əldə etdiyimiz məlumata görə, hazırda magistral qaz xəttində fasiləsiz təmir işləri aparılır. Qazsız qalmış 13 rayonun qaz təchizatının sabah saat 10 radələrində bərpa olunması nəzərdə tutulub.
Aktual.az