Rusiyanın Novosibirsk şəhərində kafelərin birində 13 nəfər şaurmadan zəhərlənib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı deyilir.
Hadisə ilə əlaqədar şaurmanın satıldığı müəssisədə araşdırmalara başlayıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Xəbər 282 dəfə oxunub.