13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib

13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib
  • DÜNYA

Bu gün 13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam tərəfdaş statusuna malik olub.
BRICS iştirakçıları tərəfdaş dövlətlər üçün meyarlar barədə razılığa gəliblər.
Oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə XVI BRICS Sammiti keçirilir.
BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiya birliyə üzv olub.

Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR