Paris terrorunun əsas təşkilatçısı Saleh Əbdüssalamın yaxalanma görüntüləri yayılıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, əməliyyat martın 18-də Belçikanın paytaxtı Brüsseldə baş tutub.
Əməliyyat Belçika xüsusi təyinatlıları tərəfindən həyata keçirilib. 27 yaşlı Mərakeş əsilli terrorçu yaşadığı binada tutulub.
Qeyd edək ki, Parisdə ötən il noyabrın 13-də baş verən silsilə teraktlar zamanı 129 nəfər həlak olmuş, 300-dən çox insan isə yaralanmışdı.