128 nəfər sənədlərini geri aldı Rəsmi

128 nəfər sənədlərini geri aldı  Rəsmi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərdən 128 nəfər artıq öz sənədini geri alıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda arxivdə aşkar olunmuş attestatların nazirlik tərəfindən qaytarılması prosesi davam edir.

Müvafiq siyahıda adı olan şəxslərdən 19 may 2015-ci il tarixinə qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 221 nəfərdən 128-i sənədlərini geri alıb.

Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək müvafiq sənədlərini geri ala bilərlər.(Trend)

Aktual.az

Xəbər 1199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR