Bu günə qədər 125 fərqli ölkədən təxminən 37 000 insanın Türkiyəyə girişinə qadağa qoyulub.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əfqan Ala deyib.
Nazirin sözlərinə görə, 93 fərqli ölkənin vətəndaşı olan təxminən 3 000 nəfər deportasiya edilib.
O bildirib ki, Suriyadakı hadisələrlə bağlı Türkiyəyə sayı məlum olmayan miqrant axını davam edir: "Bu günə qədər Suriya böhranı səbəbi ilə ölkəmizdə qonaq etdiyimiz insanların sayı 2,7 milyonu keçib. Miqrantlar arasında ərəb, türkmən, kürd, xristian və yezidilər var. Ümumilikdə, söhbət digər ölkələrdən gələnlərlə birlikdə 3 milyondan artıq köçkündən gedir. Bu günə qədər mövcud problemlin həlli üçün Türkiyə təxminən 9 milyard dollar xərcləyib. Təəssüf ki, beynəlxalq təşkilatlardan və digər ölkələrdən bu məsələ ilə bağlı lazımi həssaslıq və yardım göstərilməyib".