1246 nəfərin deputatlığa namizədliyi qeydə alındı

1246 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

O, qeyd edib ki, indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayı 22 606 nəfəri ötüb: "Eyni zamanda 20 ölkədən 138 müşahidəçi qeydiyyatdan keçib".

MSK sədri bu günə qədər Komissiyaya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu bildirib.\trend

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR