İtaliyadan olan balıqçı Yuri Qrisendi Po çayında böyük som balığı tutub.
Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.
Məlumata əsasən Qrisendi Mantuya şəhəri yaxınlığında balıq tuturmuş. Tutulan somun ağırlığı 265 ingilis funtu və ya 120 kiloqramdır.
38 yaşlı balıqçı qeyd edib k, daha əvvəl heç vaxt bu böyüklükdə balıq tutmayıb “20 ildən artıq müddətdir ki, balıqçıyam, lakin heç vaxt bu böyüklükdə balıq görməmişəm. Şübhəsiz, bu mənim tutduğum ən böyük balıqdır”, - deyə, Qrisendi vurğulayıb.
Somu çaydan çıxarmaq üçün balıqçı bir saata yaxın vaxt sərf edib: “Olduqca çətin idi, xeyli güc sərf etdim. Lakin buna dəyərdi”.