Bütün dövrlərdə cəmiyyət yaxın qohumların evliliklərinin əleyhinə olub. Bəzi mədəniyyətlərdə bu cür qanqarışması ümumiyyətlə cinayət hesab edilirdi. Buna baxmayaraq, belə nikahlar oldu, olur və olacaq. Çünki sevgililər, qınaqlara baxmayaraq bir-birinə yaxın olmadan həyatlarını təsəvvür edə bilmirlər.
Publika.az yaxın qohumları ilə izdivaca girən tanınmış tarixi şəxsiyyətləri diqqətinizə çatdırır.
Edqar Po və Virciniya Klem
Amerikalı yazıçı Edqar Allan Po nəinki öz detektiv əsərləri, həm də qalmaqallı şəxsi həyatı ilə məşhur idi. 26 yaşında ailə münaqişələri üzündən evdən ayrılan Edqar xalası Klemin yanına köçür. Yazıçı 12 yaşlı xalası qızı Virciniyaya sevgi və ehtiras duymağa başlayır.
Bacısı oğlunun eşqdən alışıb yandığını görən xala, onlara evlənməyə icazə verir, amma bir şərtlə ki, cinsi yetişkənlik yaşına çatmayana qədər Edqar Po arvadına toxunmayacaq. Bir neçə ildən sonra ailə xoşbəxtliyinə son qoyulur: Virciniya vərəmdən dünyasını dəyişir. İki ildən sonra çarəsiz yazıçı da vəfat edir.
İqor Stravinski və Yekaterina Nosenko
İqor Stravinski XX əsrin ən istedadlı bəstəkarlardan biri kimi tanınır. O, öz dayısı qızı Yekaterina Nosenko ilə uşaqlıqdan dostluq edirdi. Sonra dostluq daha dərin hisslərə keçdi. Stravinski öz sevgilisilə evlənmək istəyirdi, lakin o vaxt pravoslav kilsəsi bunu qadağan edirdi. Nəhayət, bəstəkar bir keşişi razı sala bilir və 1906-cu ildə cütlük nikahlanır.
Franklin Ruzvelt və Eleonora Ruzvelt
Amerika prezidenti Franklin Ruzvelt Abraam Linkoln və Corc Vaşinqtonla bir sıraya qoyulur. Onun rəhbərliyi altında ölkə böyük depressiyadan çıxdı və iqtisadiyyat sürətli inkişaf kursu götürdü.
Franklin Ruzvelt digər yaxın qohumu Eleonora Ruzveltilə ailə həyatı qurub. Franklinin anası belə birliyə qarşı çox mənfi münasibət göstərirdi, amma aşiqlər iddialarında möhkəm dayandılar. Zaman göstərdi ki, bu əla tandem təkcə ailə içində deyil, həm də siyasi arenada gözəl alınıb. Eleonora öz ambisiyalarını həyata keçirərək ölkənin idarə edilməsində fəal iştirak etmişdr.
Çarlz Darvin və Emma Vecvud
Təkamül Nəzəriyyəsinin banisi və tanınmış təbiətşünas Çarlz Darvin öz xalası qızı Emma Vecvud ilə evlənib. Taleyin rişxəndinə görə, "güclü sağ qalır” prinsipini alim öz üzərində müşahidə edəsi olur. Belə ki, cütlüyün dünyaya gələn 10 uşaqdan 3-ü ölür, digərləri isə ağır xəstəliklərlə yaşayırlar. Darvin başa düşürdü ki, bunun əsas səbəbi qanqarışmasıdır, hətta bu mövzuda bir neçə elmi əsər yazmışdı.
Kristofer Miln və Lesli de Selinkurt
Yazıçı Alan Miln ilə oğul Kristofer arasında münasibətlər gərgin idi. Oğlan inciyirdi ki, yazıçının ona daim vaxtı çatmır. Zaman keçdikcə vəziyyət daha da mürəkkəbləşir, çünki Kristofer Miln əmisi qızı Lesli de Selinkurtla evlənmək istədiyini bildirir. Hər iki valideyn bunu oğluna bağışlamırlar, anası 15 il onu danışdırmır.
1956-ci ildə Kristofer Miln və xanımının çoxdan gözlənilən qızı doğulur. Təəssüf ki, həkimlər qızcığazda serebral iflic diaqnozu təyin edirlər.
Kraliça Viktoriya və onun əmisi oğlu – şahzadə Albert Qotskiy
Kral sülaləsinin nümayəndələri üçün qanqarışması adi iş sayılırdı. Qohumlararası nikah siyasi oyunların tərkib hissəsi idi. Britaniya kraliçası Viktoriya öz əmisi oğlu Albert Qotski ilə evlənir. Bu nadir ittifaqlardandır ki, siyasi amillərdan başqa məhəbbət və anlaşma da hökm sürürdü. Viktoriya və Albertin doqquz uşağı dünyaya gəlir. Kraliçanın həyat yoldaşı öləndə, o, ömrünün sonunadək ona yas saxlayıb.
Kraliça Yelizaveta və şahzadə II Filipp
Hazırda yaşayan kraliça Yelizaveta və şahzadə II Filipp təxminən 70 ildir ki evlidirlər. Onlar da bir-birinə uzaq olsa da qohum sayılırlar.
Aktual.az
Xəbər 3090 dəfə oxunub.