"Moskva Ankara üçün dost olaraq qalır, lakin siyasətçilərlə problemlər var".
Aktual.az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən deyib.
O həmçinin Rusiyanın düşmən həlqəsinə düşmə ehtimalını tam istisna edib.
"Poroşenko və Ərdoğan suda boğulsalar, kimi birinci xilas edərdiniz?" sualına isə Rusiya prezidenti belə cavab verib: "Əgər kimsə batmaq qərarına gəlibsə, onu xilas etmək artıq mümkünsüzdür. Lakin biz istənilən şəxsə yardım əlini uzatmağa hazırıq, təbii ki, onun özü bunu istəsə".