Filippində "Sarika" qasırğası ilə əlaqədar 12.5 min insan evakuasiya edilib.
Qasırğa quruya çatdıqdan sonra küləyin sürəti saatda 150 kilometrdən 130-a düşüb.
Ekspertlərin sözünə görə, "Sarika" bu il Filippin üçün ən dağıdıcı qasırğa ola bilər. (Trend)