1100 bələdiyyənin 8 milyon borcu var - PA

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var.
Aktual.az xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir:
"Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər”.
PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR