11 Sentyabrın 14-cü ili - VİDEO

11 Sentyabrın 14-cü ili -   VİDEO
  • DÜNYA

Bu gün ABŞ-da baş vermiş 11 Sentyabr terrorundan 14 il ötür.

Aktual.az axar.az-a isiadən xəbər verir ki, 2001-ci ilin bu tarixində 4 sərnişin təyyarəsini qaçıran Əl Qaidə terrorçuları Nyu York və Vaşinqton şəhərlərinə hücum ediblər.

Terrorçulardan ikisi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin binasına hücum etməklə binaların dağılmasına səbəb olublar.

Təyyarələrdən biri Pentaqonun binasına dəyərək binanın bir hissəsini uçurub. Başqa bir təyyarə isə hədəfə çatmadan qəzaya uğrayıb. 19-u terrorçu olmaqla 3 minə yaxın insan ölüb.

Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşüb. Usama Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başlayıb.

Bin Laden 54 yaşında Pakistanda gizləndiyi evində öldürülüb.

Xəbər 682 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR