Şəkidə 11-ci sinif şagirdinin özünü güllələməsinin təfərrüatı məlum olub.
Şorsu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Firəngiz Qalib qızı Əzizova ailəsi tərəfindən idman yarışına buraxılmadığı üçün özünü öldürmək istəyib:
"Firəngiz hansısa idman komandasının üzvüdür. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib”.
Sakinlər qeyd edib ki, hazırda Firəngizin səhhəti orta-ağırdır: "Reanimasiyadadır. Əməliyyat olunub, dalağını da kəsiblər. Hər hansı həyati təhlükəsi yoxdur”.
Qeyd edək ki, Şəkidə 11-ci sinif şagirdi özünü gülələyib. Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova intihar məqsədi ilə özünü atasına məxsus ov tüfəngi ilə vurub. O, güllə yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəbər 625 dəfə oxunub.