Xırdalan şəhərindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Fərrux Əsədlinin intihar faktının bəzi təfərrüatları məlum olub.
Xirdalan, 1 saylı orta məktəbdən AzNews.az-a verilən məlumata görə, Fərrux Əsədli dərslərini yaxşı oxuyan şagird olub:
"Fərrux məktəbin ən yaxşı nümünəvi şagirdlərindən biridir. Dərslərini yaxşı oxuyurdu, Bundan əlavə, dərsə davamiyyəti də yaxşı idi. Onun belə hərəkəti bizə də maraqlıdır. Bu günə kimi səhhətində hər hansı psixoloji problem olmayıb.”
Müəllimlər hadisənin dərsdən sonra baş verdiyini vurğulayıb: "Hadisə evlərində olub.”
Abşeronda intihar hadisəsi baş verib. Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb.
Aktual.az
Xəbər 1424 dəfə oxunub.