1000 manata qədər maaş alanlar vergidən azad olunsun

1000 manata qədər maaş alanlar vergidən azad olunsun

Milli Məclisdə 1000 manata qədər əmək haqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.
Aktual.az xəbər verir ki, təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı çıxış edib.
Q.Həsənquliyev çıxışında yoxsul təbəqəni müdafiə etmək lazım olduğuna diqqət çəkib:
"Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Keyfiyyətli ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub. Əhalinin sosial vəziyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək düzgün deyil".
Xəbər 109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR