Moskvada çovğuna görə 100-dən çox təyyarə reysi təxirə salınıb.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü qar yağışı səbəbindən təkcə Şeremetyevo hava limanında bu səhər 130 reys təxirə salınıb, 17-si isə gecikib. Analoji durum Domodedovo və Vnukovo hava limanlarında da qeydə alınıb.