Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfər sərnişin artımı müşahidə edilib.
Aktual.az xəbər verir ki, bunu bu gün jurnalistər üçün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 marşrut yaradılmışdır.
"200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıq istismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir”,- deyə o qeyd edib.
Xəbər 51 dəfə oxunub.