10 yaşlı qız nəhəng timsahı öldürdü - FOTO

10 yaşlı qız nəhəng timsahı öldürdü   - FOTO

Amerikalı Ella Houkun vur-tut 10 yaşı var. Amma buna rəğmən o, usta ovçudur.

ABŞ-ın Texas ştatında yaşayan Ella ötən ay Quadelupe çayında 5,2 metr uzunluğunda timsahı ovlayıb.
Özü də Ella timsahı arbaletlə vurub.
Ellanın atası Tonivə anası Sindi də ovu çox sevirlər. Onların dediklərinə görə, Ellanı 4 yaşından bəri özləri ilə ova aparıblar. Bunun sayəsində Ellanın macəraları ilə bahəm, şikarlarının və ən başlıcası, müxtəlif "trophy" turnirlərində qazandığı mükafatların sayı sürəkli artıb.
"Ovçuluq ailə hobbimizdir. Peşəkar ovçu olmaq niyyətində deyiləm. Vəkil, yaxud da yazıçı olmaq istəyirəm. Ovu isə sevirəm", - Ella deyib.

Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR