10 saylı Binəqədi III seçki dairəsinin 14 saylı məntəqəsinin seçici siyahısında 1303 nəfər, eyni seçki dairəsinin 15 saylı seçki məntəqəsində isə 1922 nəfərin adı var.
Aktual.az-ın Report-a istinadən xəbərinə görə, seçki məntəqəsində səsvermə başlayandan ilk 15 dəqiqə ərzində təxminən 10 nəfər səs verib.
10 saylı Binəqədi III seçki dairəsinin 15 saylı məntəqəsində Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzinin üzvləri exit-poll keçirirlər. Hər 4 seçicidən birindən exit-poll sorğusu götürdüklərini deyən təşkilat üzvləri hələlik hər hansı qanun pozuntusu ilə qarşılaşmadıqlarını bildiriblər.
Xatırladaq ki, hər iki seçki məntəqəsi Binəqədi Rayonu Biləcəri qəsəbəsində yerləşən 300 saylı orta məktəbin binasında yerləşir.
Qeyd edək ki, 10 saylı Binəqədi III seçki dairəsindən deputatlığa 7 namizəd qeydə alınıb ki, onlardan 4-ü siyasi partiyaların təmsilçisi, 3-ü isə bitərəfdir. Ümumilikdə bu dairədən 47 890 seçici qeydə alınıb.