10 aylıq Qorqudun meyidi ailəsinə verildi

10 aylıq Qorqudun meyidi ailəsinə verildi

Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyidi artıq ailəsinə təhvil verilib.


Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, bu gün səhər saatlarında "Kudəkan" xəstəxanası körpənin meyidini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyidini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycandan bəzi imkanlı şəxslər ailəyə maddi yardım edib və onlar xəstəxanaya ödənişi tam həyata keçiriblər.

Onu da qeyd edək ki, xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. 10 aylıq Q. Dadaşzadə yanvarın 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR