10 ay ərzində insan alveri ilə bağlı 103 fakt qeydə alınıb

10 ay ərzində  insan alveri ilə bağlı 103 fakt qeydə alınıb

2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri İlkin Qurbanov deyib. O bildirib ki, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “Görülən işlər nəticəsində insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanmasına dair 11 fakt qeydə alınıb”.

İ. Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib. Şöbə müdiri həmçinin əlavə edib ki, bütövlükdə 58 insan alveri qurbanı müəyyən olunub: “Onlara təzminat verilməklə bütün zəruri tədbirlər görülüb”.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR