Bakının Nəsimi rayonunda 18 yaşlı qız intihara cəhd edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini A.R. akademik H.Əliyev küçəsində 15 mərtəbəli binanın 14-cü mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. İntihar cəhdinin qarşısı polis əməkdaşları və sakinlər tərəfindən alınıb.
Qeyd edək ki, A.R. 1 saylı Tibb Kollecinin ikinci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.