1 kilo arıqlamaq üçün neçə saat yerimək lazımdır?

1 kilo arıqlamaq üçün neçə saat yerimək lazımdır?

Təmiz havada cəld yerimək arıqlamağın ən asan üsuludur.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində, cəld yürüməklə saatda orta hesabla 400-420 kalori, 2 saatda 800 kalori, 4 saatda 1600, 18 saatda isə 7200 kalori yandırmaq mümkün olduğu müəyyənləşdirilib. Yəni, 1 kq arıqlamaq üçün fasiləsiz olaraq 18 saat yürüş etmək lazımdır.

Əlbəttə, bura gün ərzində hərəkət edərkən yandırdığımız 200-300 kalorini daxil etməsək, orta hesabla 10-12 saat gəzmək lazım olduğu ortaya çıxır. Yəni, hər gün 1 saat cəld yeriyən adamın ayda 3 kiloya qədər arıqlamaq imkanı var.

Yürüməyin faydaları

Yalnız 1 paket kiçik jelibon şirniyyatlarında olan kalorini əritmək üçün futbol meydançası sahəsi qədər dayanmadan qaçmalısınız. Şirniyyat yeyən zaman bu faktı mütləq xatırlayın. Çünki effektli nəticə almaq üçün kaloriyə nəzarət etməlisiniz.

Sürətli gəzinti ürək və ağciyər sağlamlığını qorumağın ən yaxşı yoludur. Məsələn, 20-25 dəqiqəlik gəzinti zamanı ürək döyüntüsü 75 faiz ilə 85 faiz arasında olur.

Artıq yağların yandırılmasına yardımçı olur.

Həzm sistemini yaxşılaşdırır.

Yemək istəyinə nəzarət edilməsinə yardımçı olur.

Bədənə enerji verir.

Stressdən uzaqlaşmağa kömək edir.

Qocalma prosesini ləngidir.

Qandakı xolesterin səviyyəsini azaldır.

Yüksək təzyiqi sabitləşdirir.

Şəkər xəstəliyinin qarşısını almağa yardımçı olur.

Xəbər 851 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR