Yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Tehran Həsənov idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən həmyerlisi Nigar Əhmədovanı vurub. Piyada hadisə yerində ölüb.
Avqustun 22-də saat 06 radələrində isə Biləsuvar şəhərində şəhər sakini Süleyman Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Ağarəhimovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Digər yol-nəqliyyat hadisəsi isə Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində qeydə alııb.
Belə ki, avqustun 22-də saat 22 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində kənd sakini Boris Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmkəndlisi Qabil Rüstəmovu vurub. Piyada hadisə yerində ölüb.
Hər 3 nəqliyyat hadisəsi ilə bağlı RPŞ tərəfindən araşdırma aparılır.