1 ay ərzində 60 süni maneə söküldü — VİDEO

1 ay ərzində 60 süni maneə söküldü   — VİDEO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq qoyulan süni maneələrin, yəni tramplinlərin sökülməsi işlərini davam etdirir.

ASC-dən verilən məlumata görə, təkcə sentyabr ayı ərzində Bakı şəhərinin 23 küçəsində süni maneələrin sökülməsi işləri aparılıb. 

Ümumilikdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 60 tramplin sökülüb.

İlkin olaraq yolun hərəkət hissəsinə süni maneə quraşdıranlara xəbərdarlıq edilib ki, bu cür süni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR