Arxa təkərlərdən biri yerindən qopsa da, sürücü avtomobili saxlamayıb
Yol polisi əməkdaşlarının təqib etdiyi sürücü avtomobili o qədər yüksək sürətlə idarə edib ki, arxa təkərlərdən biri yerindən qoparaq yolda qalıb. Lakin sürücü yenə də avtomobili saxlamayıb və sürəti daha da artıraraq qaçmağa çalışıb.
Aktual.az-ın avtosfer.az-a istinadən verdiyi məlumatına görə, Rusiyada «VAZ-2107» markalı avtomobilin sürücüsü maşını 3 təkərlə idarə edərək qaçmağa çalışsa da, bir neçə dəqiqədən sonra yaxalanıb. Aktual.az həmin hadisənin videosunu təqdim edir: