“ “Fitilə” proqramını hazırlayanlar cəzalandırılmalıdır” – İranlı deputat

“ “Fitilə” proqramını hazırlayanlar cəzalandırılmalıdır”   – İranlı deputat
  • DÜNYA

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur noyabrın 10-da jurnalistlərə açıqlamasında azərbaycanlıların dövlət televiziyasından yayımlanan bir proqramda təhqir olunmasına münasibət bildirib.

Aktual.azın AzVision.az -a istinadən məlumatına əsasən İranın Ərdəbil şəhərindən millət vəkili seçilən Mənsur Həqiqətpur deyib ki, məsələ ilə bağlı Tehran prokurorluğuna şikayət məktubu göndərilib: “Biz “Fitilə” proqramının hazırlanmasında əli olanların ciddi tənbeh edilməsini istəyirik. Artıq bununla bağlı Tehran prokurorluğuna şikayət məktubu da göndərmişik. Biz bütün türkdilli əhalidən səbirli olmalarını istəyirik. Onlara söz veririk ki, bu səhlənkarlığa yol verənlər cəzalandırılmayana qədər biz bu işdən əl çəkməyəcəyik.

Elə buna görə də türkdilli əhalidən istəyirik ki, iğtişaş yaranmaması üçün öz hissiyyatlarını ələ alsınlar. Aydın məsələdir ki, qarşıdurma və iğtişaş yaradanlar bilikli və dərrakəli türkdilli əhalidən deyillər. Mən bu barədə İran Dövlət Radio-Televiziyasının rəisi Sərəfrazla danışmışam. O bu işdən narahat və peşman olduğunu və işində nöqsanlara yol verən bir neçə şəxsin işdən çıxarıldığını deyib. Lakin biz həmin şəxslərə qarşı ciddi tədbir görülməsini tələb edirik. Buna görə də Tehran prokurorluğuna məsələ ilə əlaqədar şikayət etmişik”.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR