"Lələtəpəni 40 dəqiqəyə azad etdik" - General Mayis Bərxudarov


"Erməni zabitlər bizə yalvarırdılar ki, onları öldürməyək”

Azərbaycanın Müdafiə Nazirliyi aprel qələbəsinin ildönümü ilə bağlı videsujet hazırlayıb.Kadrlarda aprel döyüşlərinin qəhrəmanlarının fikirləri yer alıb.

General-mayor Mayis Bərxudarov Lələtəpənin işğaldan azad edilməsi əməliyyatının detallarını açıqlayıb:"Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək istəyən düşmənin kəşfiyyat-diversiya qrupları neytral mövqedə məhv olunub. Bundan sonra biz Lələtəpə istiqamətində əks hücuma başladıq. Öncə həmin döyüş mövqeyində yerləşən bölmələr qrup halında düşmən tərəfə irəliləyərək onlara güclü atəş zərbəsi endirdi”. 

General-mayor bildirib ki, biz həmin vaxt düşmənin özünün minlardan təmizlədiyi cığırlardan istifadə etdik:

"Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub. Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik”./
Xəbər 5531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR