Büdcə gəlirləri nəzərdə tutulduğundan 9,6 milyard dollar artıq gələn Sinqapur, 21 yaş və yuxarı olan vətəndaşlarına 100 – 300 dollar mükafat verəcək.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, dövlət illik gəlirləri 28 min dollar olanlara 300 dollar, 28-100 min dollar arası olanlara 200 dollar, 100 min dollarda yuxarı olanlara isə 100 dollar mükafat verəcək. Bundan əlavə birdən çox daşınmaz əmlaka sahib olanlar isə gəlirindən asılı olmayaraq 100 dollar mükafatlandırılacaq. Mükafatlar ilin sonunda ödəniləcək və dövlətə 700 milyon dollara başa gələcək.
Bu hökumətimizin Sinqapurun inkişafının meyvələrini vətəndaşlarımızla paylaşacağımız haqqında verdiyimiz vədi yerinə yetirdiyimizin sübutu olacaq” – deyə Sinqapur Maliyyə Naziri Heng Swee Keat mətbuata açıqlamasında bildirib.
Qeyd edək ki, bu ilk belə hal deyil. Sinqapur 2011-ci ildə də eyni səbəblə öz vətəndaşlarına 100 – 800 dollar mükafat verib.
Aktual.az
Xəbər 524 dəfə oxunub.