İranda zəlzələ qurbanlarının sayı 550 nəfərə çatıb - FOTO

İranda zəlzələ qurbanlarının sayı 550 nəfərə çatıb - FOTO
  • DÜNYA

 İranda baş verən zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.

"Report"un məlumatına görə, bu barədə yerli "Press TV" məlumat yayıb. 
Daha əvvəl təbii hadisə zamanı 513 nəfərin xəsarət aldığı bildirilirdi. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.

****
İranda zəlzələ olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb.
Bildirilir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.
Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.  


Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR