Özünü DTX-nin rəsmisi kimi təqdim edən şəxs tutulub - FOTO

Özünü DTX-nin rəsmisi kimi təqdim edən şəxs tutulub - FOTO

 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib, saxlanılan var. 

Bu barədə "Report"a DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib. 
Məlumata görə, özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib. 
Hazırda araşdırmalar davam edir.
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR