Zorakılığa məruz qalan uşaqlara müraciət

Zorakılığa məruz qalan uşaqlara müraciət

Uşağı o adam vurur ki, onun uşağı öyrətməyə, dəyişdirməyə bacarığı, qabiliyyəti çatmır.


Aktual.az Report-a istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Komitə rəsmisi hesab edir ki, əgər şagird dərsə hazır deyilsə, onu vurmaqla bu məsələni həll etmək olmaz: "Müəllimin tərbiyə üsulundan çox şey asılıdır. Şagirdlə oturub söhbət etməklə bu məsələni yoluna qoymaq, uşağı istiqamətləndirmək olar. Uşağı vurmaq ən asand üsuldur. Uşağı vurmaq uşaq hüquqlarının pozulmasıdır. Bu zaman uşaq fiziki və mənəvi xəsarət alır. Zorakılıqla böyüyən uşaq düşünəcək ki, məni vurdular ağıllandım, qaydalara əməl etdim, mən də bu üsulu tətbiq edim".

O bildirib ki, uşaqlara qarşı törədilən zorakılıq halları daha çox ailə-məişət zəminində baş verir: "Ailə-məişət zəminində zorakılıq halları ilə bağlı tədbirlər görülür. Zorakılıq törədənlərin hərəkətlərinə birbaş nəzarət olunur. İctimai yerlərdə, məktəblərdə, ali mətəblərdə baş verən zorakılıq halları ilə bağlı isə konkret statistika yoxdur. Çünki belə halların baş verməsini aşkar etmək çətindir. Uşaqlara qarşı törədilən zorakılıqla bağlı sübutlar, xüsusən də video çəkiliş olduğu halda müvafiq qurumlar bunu araşdırır. Belə hallar aşkarlananda Dövlət Komitəsi müdaxilə edə bilmir. Amma komitə həm orta məktəblərdə, həm də uşaq evlərində, internatlarda daimi monitoriqlər aparır. Təbii ki monitorinqlər bütün təhsil müəssisələrini əhatə edə bilməz. Belə hallar baş verəndə zorakılığa məruz qalan uşaqların özlərinin müvafiq qurumlara müraciət etməsini tövsiyə edirik. Bunun üçün də əlavə "Qaynar xətt" yaradılmalı və təhsil müəssisələrində əlaqə nömrələri elan formasında vurulmalıdır".

P.Əliyev vurğulayıb ki, uşağı vurmaqla cəzalandırmaq tərbiyə üsulu deyil: "Komitə 2012-ci ildə "Uşaqları döymək və vurmaq olarmı?" mövzusunda region müəllimləri arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, müəllimlər yüngül vurmaqla uşaqları tərbiyə eləməyi normal hesab edirlər. Yəni Azərbaycan reallığında belə bir fikir qəbul edilir. Dövlət Komitəsi keçmişdən qalan bu kimi düşüncələrin qarşısını almaq üçün maarifləndirmə tədbirləri görür. Ancaq son vəziyyət onu göstərir ki, bu istiqamətdə yenə də xeyli işlər görülməyinə ehtiyac var".

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR