Zooparka girən tülkü nadir quşları məhv etdi -VİDEO

Zooparka girən tülkü nadir quşları məhv etdi -VİDEO

Vaşinqton zooparkında baş verən hadisə təbiətsevənləri kədərləndirib.

Lent.az xəbər verir ki, gecə zooparkdakı qəfəsə girməyi bacaran tülkü 25 qırmızı qızılqazı (lat. Phoenicopterus ruber) məhv edib.

Hadisənin üstü səhər işçilər volyerləri yoxlayarkən üzə çıxıb. Məlum olub ki, 75 quşun 25-ni boğan tülkü volyerdən çıxa bilib. Qaçan tülkünü tutmaq mümkün olmayıb.

Zoopark rəhbəri bildirib ki, onların istifadə etdiyi müdafiə çəpərləri standartdır və ölkənin bütün zooparklarında istifadə edilir. İndiyədək  heç bir ştatda belə bir hal qeydə alınmayıb.  
Xəbər 874 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR