Zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb

Zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb
  • DÜNYA

Dağıstanlı zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Marva-tur” şirkətinin rəhbəri Bulat Qurbanov bildirib.
Qəza nəticəsində bir qadın ölüb, daha 2 şəxs isə xəsarət alıb. Qəza zəvvarlar Məkkədən Dubay hava limanına gedərkən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən bir neçə km məsafədə baş verib.
"Yol kənarında dayanan və içərisində 47 zəvvar olan avtobusa yük maşını çırpılıb. Bir qadın ölüb, daha ikisi isə yaralanıb”, – B. Qurbanov deyib.
Onun sözlərinə görə, daha bir neçə zəvvarın xəsarət almasına baxmayaraq, onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər: "Digərlərinin vəziyyəti qənaətbəxşdir. Onlar artıq hava limanına yola düşüblər. Ölən qadının yaxını olan oğlu da, digər xəsarət alan şəxslərin yaxınları da Ər-Riyadda xəstəxanadadırlar”.


Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR