Zelenski: “Mən buradayam və silahı yerə qoymayacağıq” (VİDEO)

Zelenski: “Mən buradayam və silahı yerə qoymayacağıq” (VİDEO)
  • DÜNYA

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya təcavüzkarından müdafiə olunmağı dayandırmayacaq. Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb.

Aktual.az Unian-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının bu gün səhər yaydığı yeni videomüraciətində deyilir. Prezident bunu Bankovodakı idarənin yanında qeydə alıb.

"Sabahınız xeyir, ukraynalılar. İndi şəbəkədə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və evakuasiya gedir. Deməli, mən buradayam, silahı yerə qoymayacağıq. Biz dövlətimizi müdafiə edəcəyik, çünki bizim silahımız bizim həqiqətimizdir. Bu, bizim torpağımız, bizim ölkəmiz, bizim övladlarımızdır və biz bütün bunları qoruyacağıq”, - deyə dövlət başçısı əmin edib.
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR