Zelenski “Leopard 2” tanklarından danışıb: “Çox xoşbəxtəm” - VİDEO

Zelenski “Leopard 2” tanklarından danışıb: “Çox xoşbəxtəm” - VİDEO
  • DÜNYA

"Almaniyanın 14 ədəd "Leopard 2” tankı göndərəcəyinə görə çox xoşbəxtəm”.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Sky News" telekanalına müsahibəsində bildirib.
Jurnalist Zelenskdən Almaniya kanslerinin ​​qərarı barədə nə düşündüyünü soruşub.
Zelenski suala cavabında məlumatlı olmadığını bildirsə də qəfil mətbuat katibinin sözü onu təəccübləndirib:
"Mətbuat katibim dedi ki, kansler Şolts "Leopard”ları verəcəyini indicə təsdiqləyib. Müsahibədən dərhal sonra onunla söhbət edəcəm. Mən çox xoşbəxtəm. Almaniyaya təşəkkür etmək istəyirəm. Britaniyaya və ABŞ-a təşəkkür edirəm. Mən bütün dünyaya minnətdaram”, -deyə Zelenski bildirib.
Zelenski tankların tez bir zamanda çatdırılmasının vacibliyini qeyd edib.




Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR