Almaniya kansleri Olaf Şolts Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə 30 dəqiqəlik görüş keçirib.
Aktual.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
"Bu gün kansler Şolts Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Zelenski ilə görüşüb. 30 dəqiqəlik söhbətdə onlar Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyəti müzakirə ediblər", - Almaniya rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Zelenski hərbi dəstəyə, xüsusən də Ukraynanın artilleriya və hava hücumundan müdafiəsini gücləndirdiyinə görə Almaniya hökumətinə təşəkkür edib.
Xəbər 199 dəfə oxunub.