Zelenski 71 rayon administrasiyası rəhbərini işdən çıxarıb – Bir gündə

Zelenski 71 rayon administrasiyası rəhbərini işdən çıxarıb – Bir gündə

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 9-da 71 rayon dövlət administrasiyası rəhbərini işdən çıxarıb.

Müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.
Buna səbəb kimi Ukraynanın beşinci prezidenti Petr Poroşenkonun səlahiyyət müddətinin bitməsi göstərilir.
Vladimir Zelenskinin mətbuat xidmətinin məlumatına əsasən, Vinnitsa vilayətində 10, Volınsk vilayətində 8, Donetsk vilayətində 3, Dnepropetrovsk vilayətində 1, Jitomir vilayətində 2, Zakarpat vilayətində 3, Kirovoqrad vilayətində 10 və Lvov vilayətində 5 rayon dövlət administrasiyasının rəhbəri işdən qovulub.
Bir qədər əvvəl Zelenski hökumətin razılığı ilə vilayət dövlət administrasiyasının əksər rəhbərini işdən çıxararaq yenilərini təyin etmişdi. Prezident komandasından verilən məlumata əsasən, administrasiya rəhbərlərinin seçilməsi şəffaf müsabiqə yolu ilə olmalı idi. Lakin sonradan vaxt çatışmazlığı səbəbindən bu ideyadan imtina edilib(azərtac).
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR