Özbəkistan Prezidentinin kürəkəni federasiya başçısı seçilib

Özbəkistan Prezidentinin kürəkəni federasiya başçısı seçilib

 Özbəkistan Triatlon Federasiyasının prezidenti vəzifəsinə ölkə prezidenti Şafkat Mirziyoyevin kiçik qızının əri Otabek Umarov seçilib. 

"Report"un Özbəkistan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, federasiyanın Növbədənkənar Hesabat-Seçki Konfransında gerçəkləşib. İclasda MOK prezidenti Ümid Əhmətcanov, federasiya rəhbərliyi, digər rəsmi şəxslər, hakimlər və idmançılar iştirak ediblər.  
Qeyd edək ki, O.Umarov həm də Özbəkistan Dövlət Təhlükəsizliyi Xidməti sədrinin I müavinidir. 
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR