Zaxarov: "Avropa İttifaqı ordusu uzun müddətdir Ukraynada döyüşür"

Zaxarov:
  • DÜNYA

Avropa İttifaqına (Aİ) üzv ölkələrin ordusu uzun müddətdir Ukraynadadır.
 
Aktual.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram” səhifəsində yazıb.
Diplomat İspaniyanın "Pais” qəzetinə müsahibəsində Cozef Borrelin sözlərini xatırladıb: "Aİ-yə üzv ölkələr münaqişədə iştirak etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını heç vaxt nəzərdən keçirməyiblər və nəzərdən keçirmirlər”.
"Mənim bağban Borrelin adekvatlığına böyük şübhəm var. Avropa İttifaqına üzv ölkələrin hərbçiləri çoxdan Ukraynaya göndərilib. Həm təlimatçılar, həm xüsusi xidmətlər, həm də muzdlular şəklində. Üstəlik, onların daşınması 2022-ci ildən çox əvvəl başlayıb”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yazıb.


Xəbər 219 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR