"Zaqatalaya diqqət artırılmalıdır" - Elşən Musayev


Deputat Elşən Musayev hökumət nümayəndələrinin iştirakı ilə keçirilən büdcə müzakirələrində təmsil olunduğu Zaqatalanın problemlərindən bəhs etdi. O dedi ki, ətraf rayonlar demək olar ki, 100 faiz qazla təmin olunduğu halda, Zaqatalada bu faiz 45 həddindədir və insanlar çox əziyyət çəkirlər.

E.Musayev rayonda su probleminin də mövcudluğundan bəhs etdi. Bildirdi ki, bu məsələ ilə bağlı dəfələrlə müraciət etsə də, məsələ həllini tapmır.

Deputat vaxtilə Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar evlərin tikintisinin davam etdiyini, ancaq bu işlərin sürətləndirilməsinə ehtiyac olduğunu söylədi. Dedi ki, 100-dək evin tikintisi başa çatmayıb.
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR