Zalujnı Ukrayna ordusuna 1 milyon dollar bağışlayıb

Zalujnı Ukrayna ordusuna 1 milyon dollar bağışlayıb
  • DÜNYA

Ukrayna Silahlı Qüvvələrinin komandanı general Valeri Zalujnı yanvar ayında Ukrayna əsilli amerikalıdan 1 milyon dollar miras alıb və onu ordunun ehtiyaclarına bağışlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, belə böyük məbləğdə pulu Zalujnıya ABŞ vətəndaşı Qreqori Stepanets vəsiyyət edibmiş. "The New York Times” general Zalujnının həmin amerikalını tanıyıb-tanımadığını və ya onunla qan qohumluğunun olub-olmadığını dəqiqləşdirməyib. Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti ianə faktını təsdiqləyib.
"The New York Times” Ukrayna Milli Bankına istinadən yazır ki, son bir ildə Ukrayna Silahlı Qüvvələrinə 22 milyard qrivnadan çox, yəni təxminən 500 milyon dollar ianə bağışlanıb.
Qəzetin yazdığına görə, Ukrayna ordusuna dəstək üçün ABŞ-da qurulan "Sağ Qayıt” Fondu və "Sergey Pritula Fondu” ümumilikdə 200 milyon dollardan çox pul köçürüb. "Suspilne” şirkətinin apardığı sorğunun nəticələrinə görə, bütün ukraynalıların təxminən dörddə biri müharibə zamanı ordunun ehtiyaclarına vəsait ayırıb. "The New York Times” qəzetinin yazdığına görə, restoranlarda nahar edənlərə hesabı ödəyərkən hərbçilərə kiçik məbləğdə ianə vermək təklif edilir.(musavat)


Xəbər 143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR