Zakir Qaralov İmişliyə gedir

Zakir Qaralov İmişliyə gedir

Baş Prokuror Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək.

Respublika Prokurorluğunun mətbuat xidmətindən Aktual.az- a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il iyulun 24-də saat 11:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 
Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR