"Öz daxilimizdə düşmən axtarmayaq,bizim düşmənimiz Ermənistan dövlətidir"


Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri Tatarov Adil Əli oğlu ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.


Ancaq eyni zamanda üzülürəm ki, əsgərimizin şəhid olması KİV-də və sosial şəbəkələrdə siyasiləşdirilir və hətta ideoloji məzmun verilməyə çalışılır. Ölkəmiz şəhidləri ilə ayaqdadır. Sosial şəbəkələrdə isə sinfi ədavəti qızışdıran statuslar paylaşılır, "niyə kasıbların övladı şəhid olur, imkanlıların yox" səpkisində populist sualı verməklə hər kəsin yaralı yerinə toxunmağa çalışırlar. "Niyə mən getməliyəm, o, getmir" prinsipilə süni gündəm yaradırlar.

Etməyin bunu, dostlar! Cəmiyyətimiz üçün indiki həssas durumda Qarabağ və şəhidlər üzərindən ölkədə sinfi ayrı-seçkiliyi qızışdırmaq, nifrət toxumu səpmək, varlı və kasıb vətəndaşlarımızı bir-birinə qarşı qoymaq olduqca təhlükəli tendensiyadır. Düşməni daxildə axtarmamalıyıq. Yeni düşmən obrazı yaratmamalıyıq. Özümüz özümüzə düşmən kəsilməməliyik. Mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə demişkən, özümüzü kəsən qılınca çevrilməməliyik! Zatən, düşmənimizin kimliyi də, ünvanı da çoxdan bəllidir. Bizim düşmənimiz Ermənistan dövlətidir. Bizim düşmənimiz hələ beşikdəykən körpələrinin qulağına "türklər bizim düşmənimizdir" sözlərini pıçıldayan anaların çoxluq təşkil etdiyi erməni millətidir. Ermənilər indi hər an ayaqdadırlar. Qarabağımızı işğal etməkləri onların iştahını azaltmayıb. Ermənilər indi də Naxçıvanımıza göz dikiblər. Son günlər dövlət sərhəddimizin Naxçıvan sahəsində yaşanan gərginlik və Ermənistanın Silahlı Qüvvələrinin ard-arda təxribatlar törətməyə çalışması da bunu əyani sübut edir. Elə Adil balamız da məhz bu təxribatların qarşısını alarkən şəhadətə qovuşub. İndi biz bu cür faşist millətlə, yağı düşmənlə hər sahədə və hər cürə vasitələrlə mübarizə aparmalıykən, mübarizənin silahını özümüzə qarşı çevirmək cəhdimiz nə dərəcədə düzgündür? Axı "niyə varlının oğlu şəhid olmur, kasıbın oğlu şəhid olur" sualını vermək əvəzinə, "nədən Ermənistan dövləti, işğaldan doymaq bilmir, niyə erməni milləti düşmənçilik hissindən qurtula bilmir və düşmən üzərində Qələbə qazanmağımız üçün bizdən nə tələb olunur?" sualını bir-birimizə vermirik və ümumi düşmənimizə qarşı bir yumruq kimi birləşməyə can atmırıq?

Bax, bu məsələlər barədə düşünmək lazımdır və vacibdir. Siyasi və ideoloji çəkişmələrimizi, sinfi zəmində ixtilaflarımızı isə inşallah Qarabağ savaşındakı böyük Qələbəmizdən sonrakı dövrə saxlayaq, dostlar! Şəhidimizin üzərindən özümüzə qarşı aparmaq istədiyimiz informasiya-təbliğat savaşını da Ermənistanın köhnə-yeni faşist rəhbərliyinə qarşı, millətçilik azarına tutulmuş ermənilərə qarşı yönəldək!

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR