“Yüzilliyin marşı” sənədli filmi çəkiləcək

“Yüzilliyin marşı” sənədli filmi çəkiləcək

Media İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Ordusunun tarixinə həsr olunmuş "Yüzilliyin marşı” sənədli filminin çəkilməsini nəzərdə tutan layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

"Yüzilliyin marşı” filmi Azərbaycanda ordu quruculuğunun və hərb ənənələrimizin tarixindən bəhs edəcək. Həmçinin filmdə Azərbaycan ordusunun müasir qüdrətindən, ölkəmizin yetişdirdiyi hərbi şəxsiyyətlərin həyatından, cəmiyyətdə orduya sağlam münasibətin möhkəmlənməsi istiqamətində görülən işlər təbliğ olunacaq.

Media İnkişaf Mərkəzinin bu barədə yaydığı məlumatda bildirilir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı son illərdə ordu mövzusu və hərbi vətənpərvərlik ideyası, şübhəsiz, ictimai əhəmiyyət daşıyır. "Bu baxımdan, ordu mövzusunu və hərbi vətənpərvərlik ideyasını əks etdirən görsəl materialların, əyani vəsaitlərin çoxluğu zəruridir.

Torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan siyasətin diplomatiya istiqaməti nə qədər vacibdirsə, ordu hazırlığı, problemin hərbi yolla həllinə hər an hazır olmaq da o qədər labüddür. Hərbi maarifləndirmə və vətənpərvərlik təbliğatının aktuallığı məhz bundan irəli gəlir”.

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR