Yunanıstanda parlament buraxıldı

Yunanıstanda parlament buraxıldı

Yunanıstanda parlament buraxılıb.
Bu qərar Yunanıstan Prezidenti Katerina Sakellaropulunun fərmanı əsasında, iyunun 25-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar verilib.
Sənəd hökumət qəzetində dərc olunub.
Ənənəyə uyğun olaraq, parlamentin buraxılması və iyunun 25-nə seçkilərin təyin edilməsi haqqında prezidentin sərəncamı da ali qanunvericil orqanın təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən saat 16:00-da parlamentin əsas girişinin qapısındakı xüsusi elanlar lövhəsində yerləşdirilib.
Sərəncamda o da qeyd olunub ki, iyunun 25-də keçiriləcək seçkilərin yekunu üzrə seçiləcək yeni parlament iyulun 3-də saat 11:00-da, yeni deputatların andiçmə mərasimi zamanı çağırılacaq.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR