Yunanıstan sahillərində miqrantlarla dolu gəmi batdı

Yunanıstan sahillərində miqrantlarla dolu gəmi batdı
  • DÜNYA

Egey dənizində Leros adası yaxınlığında miqrantların olduğu gəmi qəzaya uğrayıb.

Gəmidə ən azı 45 miqrantın olduğu bildirilib. Onlardan yalnız 41 nəfəri xilas etmək mümkün olub. Miqrantların bəziləri dənizdə, bəziləri isə qayaların üzərində aşkar olunub.
Məlumata görə, qəza nəticəsində biri körpə olmaqla, dörd nəfər ölüb.
Yunanıstan Sahil Mühafizəsi axtarışları davam etdirir. Gəmidə olan insanların ümumi sayı hələlik dəqiq məlum deyil. Axtarışı güclü küləklər və pisləşən hava şəraiti çətinləşdirir.

Xəbər 139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR